UEFA `Xəzər Lənkəran`a pul ödədi


21:11     23 Dekabr 2016 lankaran.jpg

UEFA-dan “Xəzər Lənkəran”a ödənilən pul klubun hesabına köçürülüb.


Femida.az AFFA-ya istinadən xəbər verir ki, "Xəzər Lənkəran" klubunun yaranan borc öhdəlikləri ilə əlaqədar qurumun UEFA-ya yönəltdiyi sorğu əsasında alınan məlumata əsasən 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 104.00 avro maliyyə vəsaiti müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməlidir.

Vəsait bu gün AFFA tərəfindən Xəzər Lənkəran klubunun hesabına köçürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1447